0

Orxan Camalın qətlinin sensasiyalı təfərrüatı

Baxış: 628

Orxan Camalın qətlinin sensasiyalı təfərrüatı

Rusiya Mərkəzi Araşdırmalar İdarəsinin baş redaktoru Andrey KonyaxinNovaya qazeta nəşrinə Mərkəzi Afrika Respublikasında jurnalistlərin qətli ilə bağlı yeni təfərrüatı açıqlayıb.

Oxu.Az xəbər verir ki, nəşrin məlumatına görə, rusiyalı jurnalistlər MAR-ın paytaxtı Banqi şəhərinə iyulun 28-də gəliblər.

Onların əsas məqsədi bu ölkədə Rusiya hərbi şirkətlərinin fəaliyyəti ilə bağlı məlumatlar toplayıb süjet hazırlamaq olub.

Bundan əlavə jurnalistlər “Kremlin aşpazı” Yevqeniy Priqojinin biznes planları ilə maraqlanıblar, belə ki, sonuncunun adı “ÇVK Vaqnera” adlı hərbi strukturun fəaliyyəti ilə bağlı idi.

İyulun 29-da çəkiliş qrupu paytaxtdan 60 kilometr qərbə, bir vaxtlar diktator Jan-Bedel Bokassanın iqamətgahı olan Berenqo kəndinə yola düşüblər.

Məhz burada rusiyalı mütəxəssislər MAR hökümət ordusunun nümayəndələrinə hərbi təlim keçirlər. Jurnalistləri Mərkəzə buraxmayıblar, onlardan MAR Müdafiə Nazirliyindən akkreditasiyadan keçmək tələb olunub.

Çəkiliş qrupu onlara kömək edən Martin adlı məsləhətçi ilə əlaqə saxlayıb. Məhz Martin rusiyalılara sürücü seçməkdə kömək edib, və onlara Bambari şəhərinə getməyi məsləhət verib. Martin jurnalistlərə söz verib ki, Ndassima qızıl mədənlərində onlara çəkiliş aparmağa kömək edəcək.

“Qeyd etmək lazımdır ki, Bambari təhlükəsiz şəhərdir. Lakin Ndassima qızıl mədənlərinə “Seleka” terror təşkilatı tərəfindən nəzarət edilir. Və məhz bu rayonda silahlı rusiyalıları görüblər.

Rusiya Mərkəzi Araşdırmalar İdarəsinin baş redaktoru Andrey Konyaxin deyir ki, təcrübəli bələdçilərsiz jurnalistlər qızıl mədənlərinə getmək istəmirdilər. Lakin onlar Martinin təklifini qəbul edərək iyulun 30-da Banqidən Bambariyə yola düşüblər.

Bu şəhərlər arasında yol dağınıq olsa da, təhlükəsiz hesab edilir.

Jurnalistlrə axşam saat 6-da Sibyu şəhərinə çatıblar. Burada çəkiliş qruöunun avtomobini postda saxlayıblar. Bundan sonra nə baş verdiyi isə bilinmir.

MAR-ın rəsmi nüamyəndələri iddia edirlər ki, rusiyalıların cəsədləri Sibyudan 23 kilometr aralıda tapılıb. Bu ərazi hökümətin nəzarəti altındadır.

Çəkiliş qrupunun Bambari yolundan niyə çıxıb? Onlar özləri belə qərar verib və ya əsir düşüblər? Bəlkə onların cəsədləri bura gətirilib atılıb?

Bu suallara cavab hələ yoxdur. Martin də yoxa çıxıb. BMT-nin MAR-dakı missiyasında belə adamı tanımadıqlarını deyiblər. 

Andrey Konyaxin hesab edir ki, Orxan Cemal, Aleksandr Rostorquyev və Kirill Radçenko quldurların hücumu zamanı yox, əvvəlcədən planlaşdırılmış əməliyyat nəticəsində öldürülüblər.

Misal üçün, bunu Rostorquyevin aldığı ölümcül yaraların xüsusiyyəti də göstərir - ürək nahiyəsinə iki atəş.

Daha bir müəammalı məqam isə, bütün fotolarda Orxan və Aleksandrın bir yerdə olması, Kirillin isə onların yanında olmamasıdır. Onların hamısı yalız morqdan olan kadrda bir yerdədirlər.

Konyaxin ehtimal edir ki, Kirill qaça bilib, lakin aldığı güllə yarasından qanaxma baş verib və ölüb. Radçenko buna qədər Rusiyada olan rəfiqəsi ilə Telegramm vasitəsi ilə əlaqə saxlayıb. Qız ondan necə çatdıqlarını soruşub, lakin cavab ala bilməyib. Və bütün bunlar iyuun 31-də ba verib. Yəni yerli hökümətin versiyasına əsasən, jurnalistlərin öldürülməsindən iki gün sonra.

Andrey Konyuxin jurnalsitlərin soyğunçular tərəfindən öldürülmsəinə inanmır”.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz