0

"KƏRBƏLA" sözünün əsli "Kərbi-bəla"-dır...TAHİR ABBASLI

Baxış: 329

 "KƏRBƏLA" sözünün əsli "Kərbi-bəla"-dır...TAHİR ABBASLI

"Kərb"- Ərəbcə yer sözdür və "Bəla, Müsibət" Faciə, Fəlakət, Qəm, Qayğı, Kədər" deməkdir. "Bəla" sözü də Ərəbcədir və "Kərb" sözü kimi "bəla, müsibət, fəlakət, faciə" deməkdir.
Bu iki eyni məna sözün birləşməsi ilə meydana gələn "Kərbəla" sözünün mənası isə "üst-üstə gələn, bəla üstündən bəla, müsibət üstünə müsibət, faciə üstünə faciə, fəlakət üstünə fəlakət, kədər üstə kədər" deməkdir. Yəni bəlanın layı, fəlakətin layı və qatı...

Kərbəla, siyasi ambisiya və ehtirasların, məqam və mənsəb düşkünlərinin bəşəri zəiflik və arzularının, insanlığa rəva bildikləri zülmün min illərlə sağalmayan ağrılar, münaqişələr və nəticələr doğurduğunun ən acı nümunəsidir. Kərbəla, şəhadətin məktəbidir!
Hz. Hüseyn (ə)ın və Əhli Beytin Kərbəlada şəhadəti zahirdə məğlubiyyət görünsə də, əslində məğlubiyyət deyildir! Allah, Əhli- Beyti bu fani dünyanın məqam, mövqe və maddi səltənətinə çatmasından kənar etdi. Onları zalım deyil, məzlum elədi...

 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz