0

Cəbrayıldan olan tanınmış şair: "Zara Mqoyanın Bakıya gəlməsi normaldır".

Baxış: 2 232

Cəbrayıldan olan tanınmış şair: "Zara Mqoyanın Bakıya gəlməsi normaldır".

Bildiyiniz kimi, artıq ölkəmizdə "Jara-2018" adlı festival başlayıb. Müğənnilər və tanınmış xarici qonaqlar arasında diqqəti cəlb edən və ən çox danışılan erməni-kürd əsilli Zarad Mqoyandır.  Zara Mqoyanın Azərbaycana gəlməsi sosial şəbəkə istifadəçiləri və bəzi media qurumları tərəfindən normal qarşılanmayıb. Torpaqlarımızın 20 faizi işğal altında olduğu bir dövrdə erməni əsilli müğənninin Bakıya gəlməsinə heç bir haqqı yoxdur, hətta bəziləri bu festivalı təşkil edənlərə ən ağır cəza verilməsini istəyir

Azerbaycanrealligi.com saytı bu məsələ ilə bağlı tanınmış şair və əslən işğal olunmuş rayonlarımızdan biri olan Cəbrayıl rayonundan olan yazıçı və şair Yafəs Türksəsin münasibətini öyrənib. O, Zaranın Bakıya festival çərçivəsində gəlməsini normal qiymətləndirib: "Bu gün Zara Azərbaycana tək gəlsəydi, onun ayrıca konserti təşkil olunsaydı, bunu qınamaq olardı. İdmançılar da hansısa ölkəyə yarışlara gedir. Burada düşmənçiliyin adiyyatı yoxdur. Bizim QHT təşkilatlarının nümayəndələri də Ermənistana gedir, onlar da bura gəlir. Bu dövlətlərarasi sülh əməkdaşlığının platformasıdır. Odur ki, Zaranın Azərbaycana festival çərçivəsində gəlib mahnı oxuması qəbahət deyil"
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz