0

Üçqat dünya çempionumuz: Bizim tanınmağımızda jurnalistlərin rolu çoxdur

Baxış: 475

Üçqat dünya çempionumuz: Bizim tanınmağımızda jurnalistlərin rolu çoxdur

Bu gün Milli Mətbuat Günüdür.

Bu münasibətlə Oxu.Az-a idmançılar da öz təbriklərini çatdırıb.

Sərbəst güləş üzrə üçqat dünya çempionumuz Hacı Əliyev onların tanınmasında jurnalistlərin çox əməyinin olduğunu bildirib:

"Mətbuat Günü münasibətilə bütün jurnalistləri səmimi qəlbdən təbrik edirəm. İdmançıların tanınmasında rolu olan, onların yarışlarını işıqlandıran mətbuatdır. Sizin əziyyətiniz bunda çoxdur. Bizi xalqa tanıtdıran sizsiniz. Düzdür, bəzi mətbuat işçiləri var ki idmançılara qarşı qərəzli olurlar. Ancaq yenə də onları da təbrik edirəm. İdmançılarımızın uğurları çox olsun ki, siz də yaxşı şeylərdən yazasınız. Qələminiz güclü olsun".

Millimizin və "Qarabağ"ın sabiq futbolçusu, hazırda "Sumqayıt" klubunda çıxış edən Əfran İsmayılov isə səkkiz komandalı Azərbaycan Premyer Liqasına maraq az olsa da, çempionatımızı idman jurnalistlərinin işıqlandırmasına vurğu qoyub:

"Jurnalistlərin uğurları bol olsun. Kim nə deyir-desin, onların işi həqiqətən çox çətindir. Onlar çox çalışırlar. Arzu edirəm ki, jurnalistlərimizin səsi daha da yüksəkliklərdən gəlsin. Bizim çempionata o qədər də maraq olmasa da, bizim jurnalistlər onu daim işıqlandırır, oyunsonrası bildirdiyimiz fikirləri hamıya çatdırırlar. Ona görə də onların burda əməyi danılmazdır. Onları təbrik edirəm".


MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz