0

Şeyxin yaxın adamı sosial şəbəkədə halal kolbasa satır - QURUM ÖZÜ İSƏ HALALLIQ SERTİFİKATI VERİR

Baxış: 149

Şeyxin yaxın adamı sosial şəbəkədə halal kolbasa satır - QURUM ÖZÜ İSƏ HALALLIQ SERTİFİKATI VERİR


Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, İçərişəhər "Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli sosial şəbəkələrdə kolbasa biznesi ilə məşğuldur.
BakuPost xəbər verir ki, tanınmış ilahiyyatçı "İnstagram” sosial şəbəkəsində məşhur kolbasa və sosiska brendlərindən birini halal məhsul kimi reklam edir.
İlk baxışdan, bu, normal görünə bilər. Əlbəttə kimsə deyə bilər ki, QMİ qeyri-hökümət təşkilatıdır və onun rəsmisi bizneslə məşğul ola, hansısa məhsulu reklam edə bilər. Lakin məsələnin bir əmması var.
Belə ki, QMİ Azərbaycanda ət kəsimi müəssisələrinə və kolbasa-sosiska istehsal edən firmalara halallıq sertifikatı verən qurumlardan biridir. QMİ-nin ən öndə gələn fiqurlarından olan Hacı Surxayın bir kolbasa markasını reklam etdiyi bir şəraitdə digər şirkətlərə halallıq sertifikatı verilən zaman ədalətli qərar çıxarıldığına kim, necə təminat verə bilər?
Fakt budur ki, QMİ-nin yüksək vəzifəli şəxsi bir markadan reklam qarşılığı pul alır və şirkətlə arasında mənfəət münasibəti var. Bu halda kim zəmanət verə bilər ki, hansısa kolbasa şirkətinə halallıq sertifikatı verilməməsi ədalətli qərar olub?
Suallar havada qalıb. Ümid edək ki, QMİ açıq qalan suallara cavab verəcək və ölkədə biznesin rəqabətliliyini zədələyən bu hala münasibət bildirəcək.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz