0

40 yaşında ali məktəb bitirib, professor olan icra başçısı – “Bu adamlar elmi nüfuzdan salır”

Baxış: 603

40 yaşında ali məktəb bitirib, professor olan icra başçısı – “Bu adamlar elmi nüfuzdan salır”

"XXI Əsr” Təhsil Məkəzinin rəhbəri, təhsil üzrə ekspert Etibar Əliyev müğənni Nazpəri Dostəliyevaya fəlsəfə doktoru elmi dərəcəsinin verilməsinə münasibət bildirərkən maraqlı məqama toxunub. BakuPost-un məlumatına görə, o, özünün "facebook” səhifəsində yazıb:

"Nazpəri Dostəliyevaya fəlsəfə doktoru elmi dərəcəsi verilib. Bu xəbər çox adamı təəccübləndirdi. Bilmirəm niyə… Dostlar, elm Nazpəri xanım ilə nüfuzdan düşməyib. Elmi bilirsiniz hansı adamlar nüfuzdan salıb?

Birini deyim: Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev 40 yaşında Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki İdarəçilik Akademiyası) bitirib. 2 ildən sonra isə namizədlik dissertasiyası müdafiə edib. İndi elmlər doktoru, professordur. Məncə ayıb olan məsələ budur".


 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz