Hüquqşünas Könül Quliyeva millət vəkillərinə səsləndi - Təcili » Press-az
0

Hüquqşünas Könül Quliyeva millət vəkillərinə səsləndi - Təcili

Baxış: 68
Müvəkkil Hüquq Mərkəzinin sədr müavini Könül Quliyeva uşaqlarına qovuşmaq üçün millət vəkillərinə və dövlət rəsmilərinə müraciət etdi.

Xalqinfo.az xəbər verir ki, bu barədə hüquqşünas Könül Quliyeva sosial şəbəkədə qeyd edib.

"Dostluğumda olan millət vəkillərinin və dövlət rəsmilərinin nəzərinə: Keçmiş həyat yoldaşım 2012-ci ildə 5, 6, 7 yaşlarında olan uşaqlarımızı parka gəzmək adı ilə sənədsiz qaçırdaraq, qanunsuz yollarla Rusiyaya keçirmişdir. (Rusiya dövlətinin uşaqlara verdiyi pasportlar məndədir) Bu barədə bütün dövlət qurumlarına müraciətlərim olsa da, təəssüflər olsun ki, heç bir köməklik olunmadı. Rusiya dövləti isə vətəndaşını dəyərləndirərək, bütün məhkəmə qərarlarını onun xeyrinə çıxardı. (Ən böyük qanunsuzluqlar içərisində) Bu neçə ildə baş vermiş prosesləri uzun-uzadı yazıb sizlərə baş ağrısı vermək istəmirəm. Qısa formada bildirmək istəyirəm ki, uşaqlar indiyə kimi xəstə nənənin himayəsində idilər. Bu yaxınlarda nənələri rəhmətə getdiyi üçün nəşi Azərbaycana gətirərkən yenə də keçmiş həyat yoldaşım Rzayev İlyas Surxay oğlu qanunsuz yolnan sərhəddi keçmək istəyərkən Dağıstanda saxlanılıb. 1-2 günə qeydiyyatda olduğu Saratov şəhərinə göndərilməlidir.

Hörmətli millət vəkilləri və dövlət rəsmiləri!

Hal-hazırda həm də təcili olaraq sizlərin köməkliyinə böyük ehtiyacım var. Belə ki, statusunuzdan istifadə edərək, Rusiyadakı aidiyyatı qurumlara müraciətlər edərək, mənə dövlət səviyyəsində yardımçı olasınız. Burada açıq yazmağı özümə rəva bilmədiyim məsələlər var ki, onlar hamısı elə indiki məqamda araşdırılıb ortaya qoyulmalı və o cür təhlükəli insandan uşaqlarım geri alınmalıdir. Onu da deyim ki, daha öncədən Lena adlı bir qadından Samir adlı oğlu varıydı. Hal-hazırda Olqa adlı qadınla evlidir, iki uşağı var. Bu uşaqları da məndən qaçırmaqda, paralic xəstəsi olan nənə himayəsinə atmaqda məqsədi hər ay dövlətdən çoxuşaqlı ata kimi pul almaq idi. Hal-hazırda o üç uşaq harda, kimin yanında xəbərim yoxdur. Mən sizlərdən bir daha artıq dərəcədə xahiş edirəm... Övladlarıma qovuşmaq üçün hərəniz mənə bircə pay verin... Hərəniz öz mövcud əlaqələrinizdən istifadə edin... Məsləhət olsa gücünüzü bir yerə qoyun... ancaq çox təcili... Lütfən şansımı itirməyə imkan verməyin...

Hər hansı biriniz yardımçı olmaq istəsəniz sosial şəbəkədəki şəxsi mesaj bölümünə daha geniş şəkildə yazıb məlumat verərəm. Öncədən təşəkkürlər..."

Xalqinfo.az xəbər portalı olaraq bütün həmkarlarımızdan bir ananın səsinə səs verərək onun müraciətini işıqlandıraraq dəstək olmağı xahiş edirik. 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz