Nazpəri fəlsəfə doktoru oldu - FOTO » Press-az
0

Nazpəri fəlsəfə doktoru oldu - FOTO

Baxış: 105

Nazpəri fəlsəfə doktoru oldu - FOTO

Xalq artisti Nazpəri Dostəliyeva fəlsəfə doktoru elmi adı alıb.

Press-az.com xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında məlumat verib.

Onun “İncəsənətin nəzəriyyəsi, təhlili və tənqidi” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” adlı dissertasiya mövzusu qənaətbəxş hesab edilib və fəlsəfə doktoru elmi dərəcəsi təsdiq olunub. 

“Bilirəm, məni səmimi qəlbi ilə sevənlərim hər uğuruma sevinir. Uğurlarım sizin sevginizdən yaranır”, - deyə Nazpəri sevincini dilə gətirib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz