0

Sumqayıt icra hakimiyyətinin müavini tərəfindən himayə edilən Oktay kimdir…?

Baxış: 665

Sumqayıt icra hakimiyyətinin müavini tərəfindən himayə edilən Oktay kimdir…?

Təhsilimizə dövlət tərəfindən qoyulan vəsait ilə yanaşı qayğı günü-gündən davam etdirilir. Beləki, Təhsil nazirliyinə yenicə təyinat alan keçmiş nazirin birinci müavini Ceyhun Bayramovun vəzifəyə gətirilməsi təhsildə böyük dəyişikliklərin olacağından xəbər verirdi. Amma çox təsüflər olsun ki, hər yeni nazir təyinatından sonra işbazlar həmin şəxslərin şəffav fəaliyyətinə kölgə salmaq məqsədi ilə ələrindən gələni etməkdədirlər. Bakunews.az-a daxil olan məlumata görə, bu tip əməllər silsiləsində Sumqayıt təhsili başlıca rol oynamaqdadır. Bir neçə ildir davam edən qalmaqal səngimək bilmir. Təhsil Şöbəsində bir neçə müdir dəyişməsinə baxmayaraq O.Nuriyevin daim həmin sferasında qalması və qanunsuz əmələrinin icrasına davam etməsi təhsildə biabırçı bir hall almaqdadır. Həmçinin qeyd edək ki, Oktay Nuriyev bəzən işdən azad edilən direktorları əvəz edərək onların qanunsuz fəaliyyətlərini aşkarlamaq tapşırıqı olmasına baxmayaraq tamamilə zidd olan addımları ilə yadda qalıb. Onun özü belə bu qanunsuzluqlardan yeterli qədər bəhrələnməyi mükəməl şəkildə həyata keçirə bilib. 

Teymur Səmədovun Sumqayıt Təhsil şöbəsinin müdir təyin edilməsindən sonra Oktay Nuriyev adlı bəla yarandı. Bu bəla sözün əsil mənasında T.Səmədovun kadrı kimi təhsili iflic duruma salmaq yönündə yüksək addımlarla irəliləməkdədir. Həmçinin O.Nuriyev Ruhiyyə Tağıyeva və Nizami Namazovunda rəhbərliyi altında “burda mənəm bağdatda kor xəlifə” misalını həyata keçirdi. Amma bu günə qədər ona gözün üstə qaşın var deyilməməsinin səbəbi İcra başçısının müavinin hiymayəsində olduğuda qeyd edilməkdədir. . Sumqayıt təhsilində biabırçı hal alan rüşvət qalmaqalının yaranmasında adı hallanan Təhsil Şöbəsinin inspektoru Oktay Nuriyev heç kəsə məhəl qoymur. Nizami Namzovun işindən azad olunmasına baxmayaraq (http://sumgayit.edu.gov.az/az/page/15674) rəsmi internet portalında sumqayıt təhsilinin müdiri vəzifəsində adı saxlanılmaqdadır. Oktay adlı inspektorun ibtidai siniflərin qəbulunda özündən yaratdığı qaydalar əsasında dolmuş yerlərə təyinat verməsi artıq məktəblərdə də böyük narazılıqlar yaratmaqdadır. O.Nuriyev kimilərinin T.Səmədov kimi vəzifəli şəxslər tərəfindən himayə edilməsinin qaranlıq məqamları çox olduğundan məsələ ilə bağlı geniş araşdırma başlamış və bu şəxslərin birlikdə addımladıqları müəyyən edilmişdir ki… Bütün bunlarla bağlı gələn yazımızda geniş qeydlərimiz olacaqdır. 

Mövzu ilə bağlı yazıda adı keçən şəxs və qurumların mövqeyin dinləməyə hazırıq.

BakuNews.az

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz