Neft Fondunun aktivləri tarixinin maksimumuna çatıb » Press-az
0

Neft Fondunun aktivləri tarixinin maksimumuna çatıb

Baxış: 197

Neft Fondunun aktivləri tarixinin maksimumuna çatıb

Bu ilin altı ayında Dövlət Neft Fondunun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı büdcədənkənar xərcləri 838,5 milyon manat təşkil edib. 

Press-az.com xəbər verir ki, hesabat dövrünə Fondun aktivləri 2018-ci ilin əvvəlinə (35 806,5 milyon ABŞ dolları) nisbətən 6,22% artaraq, 38 036,1 milyon dollar olub.

Aktivlər üzrə bu göstərici ARDNF-nin ümumi fəaliyyəti dövrü ərzində ən yüksək hədd nümayiş etdirib.

Belə ki, aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına formalaşıb. 


MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz