“Asan İmza” bahalaşdı » Press-az
0

“Asan İmza” bahalaşdı

Baxış: 150

“Asan İmza” bahalaşdı

Növbətin ayın 15-dən “Azercell Telekom” MMC “Asan İmza” xidmətindən istifadəyə görə abunə haqqının qiymətini artırır.

Press-az.com rəsmi mətbuata istinadən xəbər verir ki, “Asan İmza” xidmətindən istifadəyə görə əhali, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri və dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşları olan “Azercell” abunəçiləri (28.08.2017-ci il tarixdən etibarən dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşları olan abunəçilər istisna olmaqla) üçün hər faktura dövrünə görə abunə haqqı 2.50 manat (ƏDV daxil) təyin edilib. 

Qeyd edək ki, bundan əvvəl abunə haqqı 1 manat idi. Göndərilən 1 SMS ismarıcın (transaksiya) qiyməti isə 0 manat təşkil edəcək.

Hazırda “Asan İmza” xidmətinə üçillik qoşulma haqqı əhali, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri üçün ƏDV daxil 18 manat, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşları olan abunəçilər üçün isə ƏDV daxil 54,46 manatdır.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz