Bakıda qolu qırılmış qadına küçə təmizlətdirdilər - FOTO » Press-az
0

Bakıda qolu qırılmış qadına küçə təmizlətdirdilər - FOTO

Baxış: 123

Bakıda qolu qırılmış qadına küçə təmizlətdirdilər - FOTO

Bu gün Bakı şəhəri Səbail rayonu ərazisində, Nizami küçəsində “Landmark” Biznes Mərkəzinin yaxınlığında bir qolu qırılmış və ayaqüstündə güclə dayanan süpürgəçi qadın işə çıxarılıb.
Minval.İnfo xəbər verir ki, bu barədə Pərviz Bağırov adlı “facebook” istifadəçisi məlumat verib. O, qadının başını aşağı əyib çətinliklə küçəni süpürdüyünü qeyd edərək, onu bu vəziyyətdə işə çıxaran qurumu qınayıb:
“Bu səhər “Landmark” Biznes Mərkəzinin yaxınlığında bir süpürgəçi qadın gördüm. Bir əli qırılmışdı və başını aşağı əyərək çətinliklə küçəni təmizləyirdi. Belə anladım ki, həm də Parkinson xəstəliyindən əziyyət çəkirdi. Ürəyim ağrıdı. Ona pul təklif etdim, lakin qəbul etmədi. Nə edə bilərik? Onu bu vəziyyətdə kimlər işə çıxarır”, – deyə P.Bağırov yazıb.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz