BTC ilə 3 milyardıncı barel neft ixrac olunub » Press-az
0

BTC ilə 3 milyardıncı barel neft ixrac olunub

Baxış: 132

BTC ilə 3 milyardıncı barel neft ixrac olunub

14-də Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə nəql olunan Xəzər xam neftinin 3 milyardıncı bareli 3929-cu tankerə yüklənərək dünya bazarlarına yola salınıb. 

“BP Azerbaijan” şirkətindən Press-az.com-a verilən məlumata görə, bu günə qədər BTC texniki təhlükəsizlik və istismar baxımından yüksək göstəricilər nümayiş etdirib.

Onun səmərəliliyi və istismar etibarlılığı ilk dövrlərdəki 75%-dən artaraq hazırkı 99,9% səviyyəsinə çatıb. 

BP-nin Azərbaycan-Gürüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz Ceyhan limanından xam neftin 3 milyardıncı barelinin nəql olunması BTC-nin əldə etdiyi əlamətdar nailiyyət adlandırıb.

Qeyd edib ki, istismara başladığı vaxtdan etibarən boru kəməri müstəsna səmərəlilik nümayiş etdirib.

Onu da qeyd edək ki, Ceyhan terminalında BTC xam neftinin ilk tankerə yüklənməsi də 2006-cı ilin isti yay günlərinə təsadüf edib.  

“Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək BTC boru kəməri vasitəsilə 1768 km məsafəni qət edərək nəql olunmuş təxminən 600000 barel həcmində Azəri-Çıraq-Günəşli xam neftindən ibarət ilk yük 4 iyun 2006-cı il tarixində British Hawthorn tankerinə yüklənmiş və yeni Ceyhan Dəniz Terminalından yola salınıb.

Yeri gəlmişkən, ilk tankerin yola salınması məhz 12 il əvvəl 13 iyul tarixində regionun dövlət və hökumətlərinin rəhbərlərinin, BTC-nin sahibkar şirkətlərinin  icraçı rəhbərlərinin və digər yüksək vəzifəli qonaqların iştirakı ilə keçirilmiş möhtəşəm tədbirdə rəsmi qaydada qeyd edilib.

Hazırda bütün bunlar tarixin səhifələrində qalıb, tarix olmayan isə BTC-nin Xəzərin karbohidrogenlərini son 12 il ərzində təhlükəsiz, səssiz, etibarlı, gözə görünmədən və minimum risk ilə nəql etməkdə davam etməsidir”, - deyə məlumat qeyd olunub.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz