0

Təqva əhlinin 50 əlaməti...

Baxış: 174


Təqva əhlinin 50 əlaməti...


Möminlərdən sayılan Həmmam adlı bir nəfər İmam Əli (ə)a deyir:
- “Ey möminlərin rəhbəri! Mənim üçün təqva əhlinin simasını təsvir edin, sanki onları görürəm kimi”.
İmam Əli (ə) bir qədər sükut edir və sonra buyurur:
- “Ey Həmmam! Allaha itaət et və Ondan çəkin. Yaxşılıqlara üz çevir ki, Allah təqvalılar və saleh əməl sahiblərilədir”.
İmam Əlinin (ə) qısa təsviri Həmmamı qane etmir və təkid edir ki, daha geniş izahat versin. İmam (ə) onda bu susuzluğu görüb, sükutunu pozdu və təqva əhlinin nişanələrini bir-biri saymağa başladı. Bu sadalama “Həmmam xütbəsi” kimi məşhurdur. Məlumdur ki, Həmmamın bu xütbənin sonunda ürəyi davam gətirmir.
Sadalanan xüsusiyyətlər bunlardır:
1. Dində qüdrətli olmaq.
2. Uzaqgörənlik, mülayimlik və uyğunlaşmaq.
3. Yəqin mərhələsində olan iman və əqidə, şəkk və şübhədən uzaq olmaq.
4. Elm öyrənməkdə həris olmaq.
5. Elm öyrənməkdə səbirli olmaq.
6. Sərvətli və ehtiyacsız olan zaman mötədil olmaq.
7. İbadətdə təvazökar və müti olmaq.
8. Yoxsul olan zaman abırlı olmaq.
9. Çətinliyin böhranlarında səbirli olmaq.
10. Halal mal axtarmaq.
11. İnsanları hidayət etməkdə çalışqan olmaq.
12. Tamahdan uzaq olmaq.
13. Layiqli işləri xudbinlikdən uzaq olaraq yerinə yetirmək və ibadətin qəbul olmamasından qorxmaq.
14. Gecəni Allahın şükrü ilə sona çatdırmaq, gündüzü Allahı yada salaraq başlamaq.
15. Gecəni qafillər kimi bir dəfəyə yatmamaq. Gecə oyaq qalmaq və Allahı zikr etmək onu yatağından ayırar. Bu gecə oyaq qalmağı səhərki şadlığını ondan almaz. Onun qorxusu və nigarançılığı ondadır ki, qəflət tələsinə düşməsin. İlahi rəhmət ona şamil olduğu üçün şaddır.
16. Əgər günaha göz yummaq ona ağır gələrsə, müqavimət göstərər ki, dinə zidd olan bu istəyə məğlub olmasın və şəxsiyyətini ləkələməsin.
17. Dünyanın tez ötən ləzzətlərinə görə əbədi həyatını məhv etməz.
18. Səbiri elmlə qarışdırar, danışığını rəftarla.
19. Arzu və istəkləri az olar və şəxsiyyəti qızıl röyalara batmaqdan uzaqdır.
20. Büdrəmələri azdır.
21. Ürəyi mütidir.
22. Qane insandir, gözü və ürəyi toxdur.
23. Çox yemək yeməkdən çəkinər və qarnının əsiri deyildir.
24. Həyatı sadə keçər.
25. Dini möhkəm və şeytanın fitnəsi qarşısında dağ kimi möhkəmdir.
26. Şəhvətinə hakimdir.
27. Qəzəbini yatızdırar və qəsəb qüvvəsinə hakimdir.
28. Ondan xeyir ümid edirlər və şərindən amandadırlar.
29. Əgər qafillərin cəmində olsa, yada salanlardan olar və zülmü haqqa və ədalətə tərəf dəyişdirər. Əgər yada salanların cəmində olsa, qəflət yolunu tutmaz.
30. Ona zülm edənləri bağışlayar və onu məhrum edənə kərəm əlini açar.
31. Onunla qohumluq əlaqəsini kəsənlə sileyi-rəhm edər.
32. O, söyüşdən və pis sözlərdən uzaqdır, mülayim və mehriban dili vardır.
33. O, xeyir işlərə üz tutar və şərdən çəkinər.
34. Ondan nalayiq iş görünməz, əksinə xasiyyəti dillər əzbəridir.
35. Çətinliklərdə mətanətli və müqavimət göstərəndir.
36. Çətinlikdə səbirli və rifahda şükür edəndir.
37. O kəsə ki, qəzəblənər həddi aşmaz və kiminləsə dostluq etsə, günaha çatmaz.
38. Onun əleyhinə şəhadət verməzdən əvvəl haqqı etiraf edər.
39. Əmanətdarlıqda çalışqandır, səhlənkar olmağı rəva bilməz ki, xəyanətdir.
40. Allahı yada salmaq və razılığını əldə etmək yadından çıxmaz.
41. Başqalarını çirkin ləqəblərlə çağırmaz.
42. Qonşuya ziyan vurmaz.
43. Müsibət görənləri məsxərə etməz.
44. Batil işlərə addım atmaz, haqq çərçivəsindən xaric olmaz.
45. Əgər söz deməkdən ağzını yumarsa, sükut etdiyinə görə qəmgin olmaz ki, daha faydalıdır. Əgər gülərsə, qəhqəhəyə çatmaz.
46. Əgər ona zülm etsəniz, səbir və müdafiə edər. İntiqam almaz və Allaha tapşırar.
47. Özünü Allah və bəndələri yolunda çətinliyə salar ki, insanlar ona görə rifahda olsunlar
48. Özünü axirətinə görə əziyyətdə saxlayar ki, başqaları rahatlıqda qərar tutsunlar.
49. Onun insanlardan uzaqlaşması paklanmasına görədir. Onun başqaları ilə ünsiyyəti rəhmət və mehribanlığa səbəb olar.
50. Onun insanlardan uzaqlaşması təkəbbürə görə deyildir, həmçinin yaxın olması və rabitəsi məkr və fırıldaqdan qaynaqlanmır.
Allah Təala bizləri bu xüsusiyyətlərə malik olanlardan qərar versin.

 
Tahir ABBASLI

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz