0

Bakıda dəhşətli qəza: Ölən və yaralananlar var - FOTO + YENİLƏNİB

Baxış: 633

Bakıda dəhşətli qəza: Ölən və yaralananlar var - FOTO + YENİLƏNİB

Bakıda baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib.

Bakı Nəqliyyat Agentliyindən Oxu.Az-a verilən məlumata görə, bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində “90-OJ-802” dövlət qeydiyyat nişanlı yük maşını “10-TF-383” dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. 

İlkin məlumata görə, hadisə yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə, sərnişin avtobusu bir neçə dəfə aşıb. 

Qəza nəticəsində 1 nəfər ölüb, 10-dan artıq şəxs müxtəlif dərəcəli xəsarət alıb. 

08:39

Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

 Bakı-Ələt magistral yolunda baş verən qəza zamanı “90-OJ-802” dövlət nömrə nişanlı yük maşını 149 saylı sərnişin avtobusu ilə toqquşub.

Hadisə nəticəsində avtobus yolda bir neçə dəfə dövr edərək aşıb.

Qəza zamanı 1 nəfər hadisə yerində dünyasını dəyişib, 15 nəfər isə ağır xəsarət alıb.










 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz