0

Efirdəki davaya görə ATV-yə xəbərdarlıq olundu

Baxış: 970

Efirdəki davaya görə ATV-yə xəbərdarlıq olundu

Milli Televiziya və Radio Şurası “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası” şirkətinə xəbərdarlıq edilib.

Bu barədə Press-az.com-a MTRŞ-dan məlumat verilib.

Bu gün qurumda keçirilən iclasda ATV telekanalı tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı müzakirə edilib. 

Bildirilib ki, ATV telekanalında həftə içi saat 10.00-12.00 arası yayımlanan, Yusif Ağayevin aparıcılıq etdiyi “10-dan sonra” verilişinin 09.07.2018-ci il tarixli buraxılışında ədəbsiz ifadələrdən, sözlərdən istifadə olunduğuna görə “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”na xəbərdarlıq elan olunub. 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz