0

Bakıda bəzi marşrutlar üzrə avtobusların hərəkət sxemi dəyişdirilir

Baxış: 203

Bakıda bəzi marşrutlar üzrə avtobusların hərəkət sxemi dəyişdirilir

İyul ayının 10-dan 11-nə keçən gecədən etibarən Ukrayna dairəsinin bir hissəsində asfalt-beton örtüyü yenilənməsi işləri əlaqədar ətraf yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırıldığından, 21, 44, 60, 62, 132, 104 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib. 

Press-az.com APA-ya istinadla xəbər verir ki, dəyişkliyə əsasən 21, 44, 60, 132 və 183 nömrəli marşrut xətləri üzrə avtobuslar Gəncə pr. - Xudu Məmmədov küçələri, əks istiqamətdə isə Məhəmməd Hadi küçəsi-Xudu Məmmədov küçəsi-Gəncə prospekti ilə hərəkət edəcək.

62 və 104 nömrəli müntəzəm marşrut xətti üzrə isə avtobuslar  Məhəmməd Hadi küçəsi–Sarayevo küçəsi-Telnov küçəsi-Neapol dairəsi istiqamətində hərəkət edəcəklər.

Sərnişinlərdən edilən müvəqqəti dəyişikliyi anlayışla qəbul etmələri xahiş olunur.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz