0

Nazirlik əməkdaşı ağır yol qəzasında öldü

Baxış: 922

Nazirlik əməkdaşı ağır yol qəzasında öldü

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Press-az.com APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində Qəbələ şəhərinin 28 May küçəsində qeydə alınıb. 

Qəbələ şəhər sakini, Məmmədov Elçin Qüdrət oğlu 99-DK-409 dövlət nömrə nişanlı, “Hyundai Sonata” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və avtomobil yol kənarındakı beton hasara çırpılıb.

Hadisə zamanı sürücü Elçin Məmmədov aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib. Onun həyat yoldaşı Məmmədova Reyhan Səhrab qızıağır bədən xəsarətləri aldığı üçün Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Məlumata görə, Elçin Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinin əməkdaşıdır.

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz