0

Azərenerji rəhbərinin --sistemdəki " kadr islahatı" və kütləvi ixtisarı --bugünkü qəzalara gətirib çıxartdı!

Baxış: 105
Azərenerji  rəhbərinin --sistemdəki " kadr islahatı" və kütləvi ixtisarı --bugünkü qəzalara gətirib çıxartdı!

İyul 2018 Qəza səbəblərini Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən növbədənkənar müşavirədə Etibar bəy  "çoxillik əmək "təcrübəsiylə  məhz özü açıqlamalı idi.İlk öncə onu xüsusilə qeyd etmək məcburiyyətindəyəm ki, Etibar bəy məruzəyə başlayarkən hətta ayın tarixini belə rusca tərcümə olunan sözləriylə -- nol üç nol səkkiz ikiminsəkkiz deməklə əməlləritək  bir daha çaşqınlığa məruz qaldı. Səbəblərdən ən böyüyü isə odur ki, Stansiyada quraşdırılan Transformatorların soyutma sistemləri avadanlıqlarının düzgün işləməməsidir. Belə ki o soyutma sistemləri hava kəskin isti olanda avtomatik olaraq rele-mühafizə qurğuları işə düşməlidir. Və bu sözügedən soyutma sistemləri olan vihaz və avadanlıqlar da Sovetlər dövründən köhnə olaraq orada quraşdırıldığından , yəni başqa sözlə, müasir avrostandartlara uyğun olmadığından  milyardlarla manat ziyanla nəticələnən bu cür xoşagəlməz hadisə baş verdi. Bəs hanı Azərenerjinin qazancından olan Təchizata ayrılan milyardlar?Axı ay Etibar bəy ,Azərenerji sistemində çalışan işçilərdən daxili əmrlə 57 yaşa çatmış təcrübəli energetik kadrları 2008-ci ildən artıq yararsız hesab edib nəyə görə minlərlə insanı işsiz qoydun? Ancaq Marlen Əsgərovu hələ də sistemdə saxlayırsan? Hanı onun qocaman "təcrübəsi"?Ancaq Energetik nəzəriyyəni və istehsalat-təmiri işlərini mükəmməl bilən , Ulu öndər dahi Heydər Əliyevin xeyir-duası və göndərişi ilə 1970-ci illərdə Rusiyaya ixtisasartırma kursuna yollanıb uğurla da vətənə dönən potensiallı kadrı-Şıxməmməd  Qəmbər oğlu Aslanovu öz yerinə gətirilməyindən möhkəm ehtiyat edib onu sistemdən dolayısıyla aralamaqla xəstə salıb həyatdan köçməsinə səbəb oldun! Cənab Prezident İlham Əliyev sizə bu kadrı 2004-cü ildə Azərbaycan İES-ə ( Mingəçevirə)səfəri zamanı fotostenddə Ulu öndərlə birgə fotosundan görüb sizə bucür kadrlardan düzgün yararlanmağı tapşırığı versə də , sən o cür kadrı dolayısıyla "siyasi plan" hazırlayıb Bakıya gətirib, adı olub özü kölgədə qalan bir idarəyə " "Azərenerjitikintiquraşdırma" QSC-yə təyin etməklə ona energetik obyekt deyil, gəmi təmiri işlərini həvalə edib çox keçmədən də oradan da bir sıra maliyyə təhdidləri ilə hədə-qorxu gələrək sakit oturmasını tapşırdın, o isə bundan bərk xəstəliyə düçar olaraq həyatdan köçdü!Qənaətmi etdin Azərenerjinin balansına? Onda bu keçən 10 il zaman aralığında  rəhbəri olduğun Azərenerjinin verməli olduğu əmək haqqılarına görə etmiş olduğu qənaətdən əldə edilən milyonlardan axı nəyə görə Azərenerjidəki Təchizat xərclərinə lazımi formada vəsait ayrılmadı keyfiyyətli ehtiyat hissələrinin xaricdən alınıb quraşdırılmasına?Hesablama Palatası Azərenerjidə güclü təftiş aparmalıdır. Azərbaycan İES-in 1-cə saatda istehsal etdiyi el.enerjisinin pulu 2700Mqvt x1000000 kvt x 0,09 qəp(7qəpiklə 11qəpik pulun ədədi ortası).=243milyon manat edir.Təsəvvür edin bu qədər maliyyə vəsaiti ərsəyə gətirən qurumda Etibar bəy dayanıqlı elektrosistem təşkil edə bilmir 17 il ərzində. Etibar bəy İstəsə bu vəsaitə elə edərdi ki, Azərenerji sistemində bir dənə belə problem yaşanmaz! Və tam əminliklə buna çoxlu potensial imkanların olması bunları söyləməyə imkan verir!2008-ci ildən bəri Sumqayıtda inşa edilən çoxsaylı sexlərin binalarının metal konstruksiyalarını isə Elmi- Layihə İnstitutlarına pul köçürülməməsi üçün adi sravi işçilər təhkim edilməklə o sexlər necə gəldi tikilib istifadəyə verildi.Yəni burada da o layihələrə külli miqdarda maliyyə vəsaiti mənimsənildi.Qaldı ki, Dövlət başçımız  cənab İlham Əliyevin ona tutduğu haqlı iradlara, bu müşavirədə söylənilən  fikirlərdən  Etibar bəy dərhal öz arzusu ilə istefa verməlidir! Etibar bəy, bunu da etmirsə, deməli hələ də onun müşavirə zamanı ikrah baxışlarla dolu bircüt gözü -Azərenerjidən gələn milyardlardadır və bundan sonra da o pullar içində özünü xoşbəxt hiss eləmək arzusu və istəyindədır! Xalqın rahat yaşam istəyi isə o qiymətli kağız əskinazların istəyindən daha da üstün olmalıdır Cənab Pirverdiyev üçün! Əgər onda bu istək hissi varsa(((..
  Xəyyam Qurbanlı.














MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz