0

Tahir Abbaslı: "İllər öncə qızıma yazdığım nəsihət".

Baxış: 206

Tahir Abbaslı: "İllər öncə qızıma yazdığım nəsihət".


Qızlara ithaf...

Tahir Abbaslı: "İllər öncə qızıma yazdığım nəsihət".

Sevgi bir zamanlar ət-qan və gözəllikdən yaranardı. Amma indi gözəllik düşüncədədir və düşüncə gözəllikdir. Kərəmin talehi yanmaq oldu. Axı Kərəm düüncəyə vurulmamışdı. Bir çox xəyali aşiqlər belə olublar. Amma indi sevgi kimlikdən, fikrdən və bilgidən başlanır.
Mənim qızım, dünya dəyişir sən də dəyiş. Dünyanı dəyişdirən materiyallar siyasi, dini, elmi materiyallardılar. Səni dəyişdirən materiyallar deyil, bəlkə materiyalların içində qorunan kimliyindir. Səni dəyişdirən sevgidir. O böyük sevgi. İnsanı sevmək, insanı yaradanı sevməkdir. Bunu sonralar düşünəcəksən. Axı sən hələ birinci pillədəsən. Amma əgər bir az ağıllı olub düşüncəni gücləndirsən, öncə Allahı sevib, sonra Allah sevən insanları sevəcəksən. Bu insanların içində sənin sevgilin də ola bilər.
Mənim qızım, əsas sevgi deyil, əsas sevgini qorumaqdır. Bu həyat, bu kayinat, yer-göy və hər şey hamısı sevgidəndir. Amma sevmək nədir? Gəl sevməyi hərf-hərf açıqlayaq.
Sevmək
S: sirr
E: eşq
V: vəhdət (birlik)
M: məhəbbət, məşuq
Ə: əmanət
K: kömək olmaq.
Mənim qızım, əslində indi nəsihət və öyüd zamanı deyil. Mən səni nəsihət etmək istəmirəm. Bəlkə öz düşüncələrimi səninlə paylaşmaq istəyirəm. Mən böyük baba deyiləm, sənsə keçmişdəki qızlardan deyilsən. Bir ata, dost, bir insan kimi, bir yazar kimi səninlə təcrubələrimi paylaşmaq istəyirəm. Mənim qızım, sevgi yalnız qadın-kişi arasında olmaz. Mənəvi, İlahi, insani, təbii, cismani və s. sevgilər rəngarəng üfüqləri bizə göstərir. Sən bu arada sevgini, o mütləq sevgini yaşamalısan.
Nə üçün bütün insanlar çiçəyi sevər? Çünki çiçək az yaşar amma naz yaşar. Çiçək bir-iki günlük ömründə bəşəriyyəti sevindirib gedər. Bəli, bunu demək istəyirəm ki, bizim sevgimiz yalnız özümüzü sevindirməməlidir. Bəlkə sevgimiz elə bir sevgi olmalıdır ki, hamını sevindirsin. Sevgimiz elə olmalıdır ki hətta Allahı da sevdirsin.
Mənim qızım, heç bilirsənmi sevginin rəngi nədir?
Bunun haqqında sənə yenidən məktub yazaçağam.


MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz