0

Bir həftə ərzində Bakıda 52 nəfəri gün vurub

Baxış: 142

Bir həftə ərzində Bakıda 52 nəfəri gün vurub.

Havaların isti keçməsi ilə əlaqədar təcili yardıma günvurma ilə müraciət edənlərin sayı çoxalıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından musavat.com-a verilən məlumata görə, son 6-7 gün ərzində günvurma ilə bağlı 52 nəfər müraciət edib ki, onların 31 nəfəri xəstəxanaya yerləşdirilib.

Gün vurma ilə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edənlərin 38-i kişi, 10-u qadın, 4-ü isə azyaşlı uşaqdır.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz