0

Vüsal Hüseynovu kim əvəzlədi?

Baxış: 272

Vüsal Hüseynovu kim əvəzlədi?

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinə yeni sədr müavini təyin olunub.

Press-az.com xəbər verir ki, nümayəndə heyətinin tərkibinə rotasiya qaydasında dəyişiklik edilib.

Belə ki, Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti sədrinin müavini təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədrinin müavini Vüsal Hüseynov idi. 

O, ölkə başçısının imzaladığı sərəncamla Dövlət Miqrasiya Xidmətinin rəisi  təyin edilib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz