0

Yeni qəbul olunmuş vəkillər kollektivə təqdim olundu - FOTO

Baxış: 116

Yeni qəbul olunmuş vəkillər kollektivə təqdim olundu - FOTO

Bu günlərdə Bakı şəhəri 11 saylı Vəkil Bürosu təsisçilərinin ümumi yığıncağı keçirilib. Tədbirdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavini Pərviz Ələkbərov, 11 saylı Vəkil Bürosunun müdiri, Rəyasət Heyətinin üzvü Azər Quliyev, büronun digər təsisçiləri və Kollegiyaya yeni qəbul olunmuş vəkillər iştirak edib.

Press-az.com-un verdiyi xəbərə görə, ümumi yığıncaqda açılış nitqi ilə çıxış edən Azər Quliyev gündəlikdə duran məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırdıqdan sonra büronun cari fəaliyyəti, Azərbaycan Respublikası prezidentinin 22.02.2018-ci il tarixli sərəncamından irəli gələn işlərin icrası barədə məlumat verib, daha sonra büroya yeni qəbul olunmuş vəkilləri bu münasibətlə təbrik edib, onlara peşə fəaliyyətlərində uğurlar arzulayıb. 

Tədbirdə çıxış edən Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavini Pərviz Ələkbərov Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı keçirilən ixtisas imtahanları, Kollegiyaya yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün yaradılan şərait barədə danışıb, yeni qəbul edilmiş vəkillərə uğurlar arzu edib, öz tövsiyələrini verib.

Daha sonra Büroya yeni qəbul olmuş vəkillərin təsisçiliyə qəbulu məsələsinə baxılıb, onlar yekdilliklə Büronun təsisçiliyinə qəbul olunaraq kollektivə təqdim olunub. 

Bundan əlavə, tədbirdə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardımın keyfiyyətinin artırılması, bununla bağlı növbətçi vəkillərinin fəaliyyətinin təkmilləşdiriməsi məsələsi müzakirə olunub.


 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz