0

Nazirlik düşmənin cəbhədə diversiya xəbərlərini təkzib edir

Baxış: 403

Nazirlik düşmənin cəbhədə diversiya xəbərlərini təkzib edir

Ermənistan tərəfi bu kimi xəbərlər yaymaqla ordusundakı qanunsuzluqlar və nizamnamədən kənar münasibətlər nəticəsində mütəmadi olaraq baş verən qeyri-döyüş ölüm hadisələrini və cinayətləri ört basdır etmək məqsədini güdür.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən Press-az.com-a məlumat verilib.

Nazirlik rəsmisi erməni mətbuatında düşmən əsgərin cəsədinin tapılması, Azərbaycan Ordusunun diversiya keçirməsi barədə yayılan məlumatlar münasibət bildirib.

Qeyd olunub ki, Azərbaycan Ordusunun istənilən gündəlik fəaliyyəti düşmən tərəfində xof və təşvişə səbəb olur.

“Bildiririk ki, Ordumuzun bölmələri heç bir diversiya fəaliyyəti həyata keçirməyib.

Ermənistan mətbuatının yaydığı məlumatlar həqiqətə uyğun deyil və yalnız ölkə ictimaiyyətinin diqqətini ordusundakı özbaşınalıqlardan və artan qeyri-döyüş itkilərdən yayındırmağa yönəlib.

Cəbhə xəttindəki əməliyyat şəraiti Qoşunlarımızın tam nəzarəti altındadır”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, erməni mətbuatında bu gün düşmən əsgərin cəsədinin tapılması barədə məlumat verilib. Bir neçə saat sonra isə daha bir məlumatda guya Azərbaycan Ordusunun diversiya keçirdiyi bildirilib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz