0

“Qəbələ” Albaniya klubu ilə bacarmadı

Baxış: 472

“Qəbələ” Albaniya klubu ilə bacarmadı

2018/19 mövsümünə hazırlıqları Sloveniyada davam etdirən “Qəbələ” təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Press-az.com xəbər verir ki, “qırmızı-qaralar” Albaniyanın “Kukesi” klubu ilə qarşılaşıb.

Sənan Qurbanovun baş məşqçisi olduğu komanda matça aşağıdakı start heyəti ilə başlayıb: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 27. Bəhlul Mustafazadə, 18. İlqar Qurbanov, 34. Ürfan Abbasov, 4. Elvin Camalov, 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 33. Təmkin Xəlilzadə, 28. Stiven Monroz, 10. Rauf Əliyev.

Matçdakı qollar ikinci hissədə vurulub. 79-cu dəqiqədə Albaniya təmsilçisinin qapısına yol tapan Stiven Monroz “Qəbələ”ni hesabda önə çıxarıb – 1:0. “Kukesi” yalnız matça əlavə olunmuş dəqiqədə hesabda tarazlıq yaratmağa müvəffəq olub – 1:1.

Beləliklə, “qırmızı-qaralar” Sloveniya toplanışındakı ilk yoxlama oyunundan qollu sülhlə ayrılıb.


MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz