0

TAHİR ABBASLI: GEYİM TƏFƏKKÜRÜ TƏMSİL EDİR. REAL TV- yə CAVAB

Baxış: 471

TAHİR  ABBASLI: GEYİM  TƏFƏKKÜRÜ TƏMSİL EDİR. REAL TV- yə CAVAB


Tahir Abbaslı: "Ya biz mütləq qadına təcavüzün (istər baxışla, istərsə də zorlanma) qarşısını geyimlərinndə sərhədi qoymaqla almalıyıq, ya da "əncir yarpağı" hərəkatının iştirakçısı olacağıq. Elə birbaşa desinlər ki, abırlı geyinmək israfçılıqdı, əncir yarpağı dövrünə qaydırıq. Bir çoxları guya inkişaf edib, qabağa gedirik desələr də, nəticədə isə geriyə ibtidai icma qurluşuşuna qayıtmaq deməkdir".

Geyim bütün dövürlərdə ciddi diqqət mərkəzində olub, var və yəqin ki, olacaq. İnsan 2 hissədən təşkil olunmuşdur; madddi və qeyri maddi. Maddi fiziki-cismani və qeri maddi isə ruhdur. Ruha ağıl, qəlb və can da deyilir. İnsanda əsas idarə ediciqüvvə fikir(təfəkkür)lərdir. Yəni bədən fikirlərin maddi aləmdə icraçısıdır desək yanılmarıq. Demək Geyim təfəkkürü təmsil edir. Elə bilirəm bu məsələdə heç kimin etirazı olmaz. Ağılın nəfsin istəklərinə qalib gəlməsinə mənaviyyat, əksinə nəfsin ağıla qalib gəlməsinə isə mənəviyatsızlıq deyilir. Bu aksiyomadır. Çünki ağıl insanın daxili peyğəmbəridir. Əgər ağılın (daxili peyğəmbər) qarşısına çıxan manelərdə yetərincə bilgiləri olmazsa, Allahın göndərdiy peyğəmbər (ə)ların köməyinə ehtiyac duyur. Ümumiyyətlə insanların bütün ixtilaflı məsələlərində belə köməyə gələn elə dindir. Din yəni kiçik ağılların, böyük ağıla tabe olması, yol göstərəni və nümunələlər məktəbidir. Məhz zaman zaman insanlar kamilləşdikcə qarşılarına çıxan problemlərdə xüsusən şəri və geyim məsələlərində yanlışlıqlara və günahlara qərq olduqda yardımçı nümayəndələrini, peyğəmbərini göndərmişdir. Allah onlara biri-birindən kamil peyğmbər göndərmişdir. 1450 il qabaqdan sonuncu peyğəmbər (s)ı göndərməklə misyanı bitirmişdir. Və kimin hansı fikirlərində yanlışlıq varsa Peyğəmbər (s)ın fikir, ideya və əməlləri illə tutuşdurmağını Allah istəyir. Çünki Allah ədalətlidir və ədalətli qərar verərək ictimai qarşıdırmaları çözmək istəyir. Konkret olaraq geyim məsələsində insan öz daxili ağılından soruşsa cavab verər ki, açıq saçıq geyim qəti olmaz. Niyə? Çünki, ağıl deyir ki, bu cür geyimlər mənim xoşuma gəlmirsə heç kimin xoşuna gəlməz. Əgər ağılın belə məsələrdə yəqinliyi olmazsa, onda İslam dinin kitabına, nümunələrinə və buyurduqları fikirlərə müraciət etməliyik. Yoxsa insanın fitrəti və ictimayyətlə dərin əlaqəsi olmayan məhşurların hamısını belə verlişlərə çağrılması heç nəyi yaxşılığa dəyişməz və faciə ilə bitər. Yəni ölkı daxilində parçalanmalara,qarşıdurmalar gətirməklə bərabər, cəmiyyətə zədə, zərbə və sillə dədəyər. Burada "maa elə gəlir" (Surət Hüsüynovun ifadısi) dərdə yaramır. Məlum Surət Hüseynov hərəkatının nəticəsindən də faciəli durumla qarşılana biləcəyimiz mütləqdir. Ya biz mütləq qadına təcavüzün (istər baxışla, istərsə də zorlanma) qarşısını geyimlərinndə sərhədi qoymaqla almalıyıq, ya da "əncir yarpağı" hərəkatının iştirakçısı olacağıq. Elə birbaşa desinlər ki, abırlı geyinmək israfçılıqdı, əncir yarpağı dövrünə qaydırıq. Bir çoxları guya inkişaf edib, qabağa gedirik desələr də, nəticədə isə geriyə ibtidai icma qurluşuşuna qayıtmaq deməkdir.
Cırıq şortik və şalvar geyimləri adiləşdirməklə komersiya maraqları və milli mənəvi dəyərlərimizi aşağılamaqla zərbə vurmaqdadılar.

https://www.facebook.com/eleshrefqi…/posts/2036388713277874…

http://tvreal.az/news/az/4101/Qsa-tk-yoxsa-qsr-tfkkr-VDEO


MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz