0

Havanın temperaturu 37 dərəcəyə yüksələcək

Baxış: 251

Havanın temperaturu 37 dərəcəyə yüksələcək

Bakıda və Abşeron yarımadasında iyunun 22-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Press-az.com-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 20-23, gündüz 29-34, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində iyunun 22-də (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 16-21, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 22-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və  meteoroloji amillərin normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz