0

Azərbaycanda əxlaq polisinə ehtiyac varmı? - RƏY

Baxış: 987

Azərbaycanda əxlaq polisinə ehtiyac varmı? - RƏY

Bakıda qanuna görə çox şey olmaz. Küçə ticarəti ilə məşğul olmaq qadağandır. Səkilərdə park etmək, qırmızı işıqda yolu keçmək və qarşı yola çıxmaq olmaz. Yetkinlik yaşına çatmayanlara araq və siqaret satmaq qadağandır. 

İctimai yerlərdə və dayanacaqlarda siqaret çəkmək olmaz. Səkiləri zibilləmək və icazəsiz ağac kəsmək qadağandır. Nəyahət, başqalarının şəxsi həyatına müdaxilə etmək olmaz. Ancaq etiraf etmək lazımdır ki, bu hallar tez-tez olmasa da, baş verir. 

Əgər digər hallarla mübarizə aparmaq olursa, kimsə sənin geyiminə və ya şəxsi həyatına müdaxilə etsə, nə etmək lazımdır? 

Bəzi ölkələrdə bunun üçün əxlaq polisi var. Bəs bizdə bununla bağlı vəziyyət necədir və Azərbaycanda əxlaq polisinə ehtiyac varmı?

Bu barədə Oxu.Az-ın sualına Milli Məclisin deputatı Gövhər Baxşəliyeva cavab verib.

Onun sözlərinə görə, gənc qızın döyülməsi ilə nəticələnən və bir müddət əvvəl metroda baş verən insident xoşagəlməz hisslər doğurur.

“Bu hadisə cəmiyyətdə geniş müzakirələrə səbəb oldu. Kimlərsə qızı müdafiə, kimlərsə tənqid etdi. Ancaq fikrimcə, birincisi, bizim hər birimiz yerli mentalitetlərə əməl etməliyik. İkincisi, həyata baxışlarımızdan asılı olmayaraq, hamımız müasir olmalıyıq.

Müasir reallıqlarla barışmaq lazımdır. İndi yaydır və bizim müasir gənclərimiz var. Düşünürəm ki, qızların şort geyinməyi günah deyil”, - deputat deyib. 

Azərbaycanda əxlaq polisi ilə bağlı suala toxunan parlamentari bildirib ki, buna ehtiyac yoxdur. 

“Bizdə əxlaqi zəmində cinayətlər hərdən baş verir. Düşünürəm ki, belə bir strukturun yaradılmasına ehtiyac yoxdur”, - Baxşəliyeva qeyd edib. 


MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz