0

Prezident yol tikintisinə pul ayırdı

Baxış: 522

Prezident yol tikintisinə pul ayırdı

Azərbaycan prezidenti İlham Əliyev Dəmirçi–Lahıc avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı sərəncam imzalayıb.

Press-az.com xəbər verir ki, Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu 22 kilometr olan Dəmirçi–Lahıc avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən 13,7 milyon (on üç milyon yeddi yüz min) manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz