0

Pambıqçıların zəhərlənməsində günahkar kimdir?

Baxış: 719

Pambıqçıların zəhərlənməsində günahkar kimdir?



İyunun 19-da İmişli rayonunda pambıq tarlasında kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisədən sonra kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərliyi ilə böyük nümayəndə heyəti hadisə yerinə ezam olunub. Nazir məsələ ilə bağlı araşdırılma aparıldığını bildirib.
Xatırladaq ki, bir neçə gün öncə analoji hadisə Saatlı və Tərtər rayonlarında da baş vermişdi. 



Bununla bağlı BiG.AZ-a açıqlama verən Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bildirib ki, Saatlı, Tərtər və İmişli bölgəsində pambıqçıların zəhərlənməsinin əsas səbəbi orada zəhərli maddələrdən istifadə edilməsidir:

“Həmin zəhərli madələr pestesit və gerbisitdir. Bunları səpirlər ki, pambıq yığımını asanlaşsın. Çünki bu dərmanlar səpilən zaman tikanlar və yarpaqlar tökülür. Amma bizdə bu dərman səpilən zaman kənd camaatını və məktəb uşaqlarını həmin sahəyə salırlar. Mən şəxsən uşaqların və kəndlilərin zəhərlənməsinə səbəb olan o fermeri həmin zəhərli maddələrdə dəfn edərdim ki, başqalarına ibrət olsun. Sən pul qazanacaqsan deyə insanları niyə zəhərləyib, öldürürsən. Pambıq daha çox su sevir. Bizdə pambıq yığımında pestesit və gerbisitdən istifadə edirlər. Azərbaycan beynəlxalq konvensiyaya dail olub. Bu konvensiya pestesit və gerbisiddən istifadə edilməsinə qadağan qoydu. Ancaq istifadə olunur. Sovet dövründə kütləvi istifadə olunurdu. Hətta zəhərlənənlər gizlədilirdi. Pambıq gəlirdir. Amma gəlirə görə insanlarımı, torpağımı niyə zəhərləməliyəm? Bir az bu barədə düşünmək lazımdır. Hər rayonda Kənd Təsərrüfat Nazirliyinin nümayəndələri var. Onlar buna niyə nəzarət etmirlər? Bu zəhərli maddələr az miqdarda istifadə olunmalıdır. Ancaq tez məhsul yığmaq üçün bu maddələrdən həddən artıq çox istifadə olunur. Çünki birinci yığım pambıq daha bahalı olur”. 



Saatlı Rayon İcra Hakimiyyətindən verilən məlumata görə hazırda istifadə olunan dərmanın tərkibi araşdırılır: “Təhlükəsizlik qaydalarına ehtiyac olub-olmamağı bu araşdırmalardan sonra bəlli olacaq. Təhlükəsizlik maskalarından istifadə edən də olur, etməyən də”.

Qeyd edək ki, dünən İmişli rayonunda pambıq tarlalarında becərmə işləri aparan fəhlələr zəhərlənib. İlkin məlumata görə, zəhərlənənlərin sayı 80 nəfərə çatdığı bildirilib.

Xatırladaq ki pambıqdan zəhərlənmə hadisəsi bir müddət öncə Saatlı və Tərtərdə də baş vermişdi. Tarlada işləyən 23 nəfər kimyəvi zəhərlənmə diaqnozu ilə Saatlı rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz