0

Lerikdə yeddinci sinif şagirdi zorlanıb - YENİLƏNİB

Baxış: 1 064

Lerikdə yeddinci sinif şagirdi zorlanıb - YENİLƏNİB

Lerik rayonunda məktəbli qızın zorlanması ilə bağlı Lerik Rayon İcra Hakimiyyətindən heç bir məlumat yoxdur.

Bunu Oxu.Az-a açıqlamasında RİH-nin başçısının müavini Habil Məlikov deyib.

Onun sözlərinə görə, hadisənin araşdırması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib:

“Onlar tərəfindən faktın yalan, ya da doğru olması araşdırılır. Biz məlumat vermişik ki, məsələ araşdırılsın. Bu hadisə baş veribsə, bu barədə cinayət işi açılmalıdır. Heç bir şəxsə güzəşt edilməməlidir”.

Habil Məlikov qeyd edib ki, araşdırmanın nəticəsindən sonra icra hakimiyyəti tərəfində müvafiq işlər görüləcək.

11:04

Lerik rayonunda məktəbli qızın zorlanması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Oxu.Az-ın məlumatına görə, Lerik rayonunda VII sinif şagirdi zorlanaraq şantaj edilib.

Onun dörd aylıq hamilə olduğu deyilir. 

Qızın ailəsi məsələni yalnız uşaq hamilə olduqdan sonra öyrənib. Ailə utandığından Leriki tərk edib.

İddialara görə, kənd camaatı 13 yaşlı qıza təcavüz edən şəxsin evinə hücum edib. Kütləvi dava düşüb. Faktla bağlı Lerik Rayon Prokurorluğunda cinayət işi açıldığı bildirilib.

Lerik Rayon Prokurorluğundan Oxu.Az-a bildirilib ki, məsələ barədə cinayət işi açılmayıb:

“Zorlanma faktı ilə bağlı prokurorluğa heç bir müraciət daxil olmayıb. Hətta polisə də məlumat verilməyib”.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz