0

Zaqatala sakini marixuana satarkən tutulub

Baxış: 173

Zaqatala sakini marixuana satarkən tutulub

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Press-az.com-a verilən məlumata görə, Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Dağlı kənd sakini, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş Elxan Yusifov saxlanılıb.

Belə ki, o, bir kiloqram 815 qram narkotik vasitə olan qurudulmuş marixuananı satarkən yaxalanıb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz