0

Xızıda çobanları ildırım vurub

Baxış: 404

Xızıda çobanları ildırım vurub

Xızının Dübrar yaylağında ildırım vuran çobanlardan ikisinin vəziyyəti yaxşıdır.

Bunu Press-az.com-a açıqlamasında Xızı Rayon Mərkəzi Xəstəxanasının baş həkim Behtaş Nəbiyev deyib.

Baş həkim qeyd edib ki, çobanlar hazırda xəstəxanada deyil:

“Təcili yardım hadisə yerinə gedən zaman ildırım vuran çoban keçinmişdi. Digər ikisi sağdır və vəziyyəti normaldır”.

Qeyd edək ki, bu gün Xızının Dübrar yaylağında üç çobanı ildırım vurub. Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz