0

"Günay Bank”ın sədri: Bankdan pul oğurlanması iddiası əsassızdır

Baxış: 327

“Günay Bank”ın sədri: Bankdan pul oğurlanması iddiası əsassızdır

Yerli mətbuatda “Günay Bank” ASC-nin idarə heyətinin sədr müavini Emin Zeynalovun əmanətçilərin 100 milyona yaxın vəsaitini götürərək ölkədən qaçdığı barədə məlumatlar yayılıb.

Press-az.com xəbər verir ki, məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən “Günay Bank”ın Müşahidə Şurasının sədri Mahmud Məmmədov bildirib ki, iddialar əsassızdır və bankda heç bir oğurluq faktı qeydə alınmayıb.

Sədr qeyd edib ki, “Günay Bank” Azərbaycanda ən az əmanəti olan bankdır və hazırda cəmi 35 milyon manat əmanət var:

“Mən təminat verirəm ki, 26 il ərzində “Günay Bank”dan bir manat da olsun offşor şirkətlərinə pul çıxmayıb. Bizim bütün fəaliyyətimiz göz qabağındadır. 2017-ci ili gəlirlə başa vuran iki bankdan biri olmuşuq. “Günay Bank”ın likvidlik problemi və əmanətçilər qarşısında hansısa problemli öhdəliyi yoxdur”.

M.Məmmədov qeyd edib ki, Emin Zeynalovun bankdan kənarda biznes partnyorları ilə borc problemi olub:

“Bu məsələdən xəbər tutan kimi onu çağırdım və işdən azad etdim. Amma xaricə qaçması barədə məlumatlar əsassızdır”.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz