0

Cərimə meydançasından buraxılış vərəqəsi ləğv edildi - YENİLİK

Baxış: 1 047

Cərimə meydançasından avtomobil buraxılan zaman buraxılış vərəqəsinin tələb edilməsi ləğv olunub.

Oxu.Az Avtostop-a istinadən xəbər verir ki, bu günə qədər avtomobilini cərimə meydançasından çıxaran sürücü, DYP-yə gedib buraxılış vərəqəsini almalı idi.

Yeni qaydalarla artıq buna ehtiyac olmayacaq.Xatırladaq ki, 5 iyun 2018-ci il tarixində DİN naziri Ramil Usubovun qərarı ilə “Yol Patrul Xidməti Haqqında” təlimata dəyişiklik edilib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz