0

Aprel savaşında hər iki ayağını itirən zabitimiz evinin kreditini ödəyə bilmir-Bank pensiyasını tutur

Baxış: 291
Mən Baş leytenant Mənəfov Səməndər Müqamət oğlu 16.08.1990-cı il Kürdəmir rayonunda anadan olmuşam
2004-cü ildə Cəmşid Naxçıvanskı adına hərbi litseyə daxil olub 2007 ci ildə oranı bitirib Heydər Əliyev adına AAHM daxil olmuşam 2011 də məktəbi bitirərək leytenant rütbəsi alıb Azərbaycan ordusunda xidmətə başlamışam.
Xidmətimin əsas hissəsin Xüsusi təyinatlı qüvvələrdə qrup komandiri olmuşam,dəfələrlə cəbhədə baş verən düşmən təxribatının qarşısını alınmasında ,düşmən arxasında bir çox uğurlu əməliyyatların iştirakçısıyam.Düşmənin 2014-cü il avqust ayında Ağdam istiqamətində təxribatının alınmasında fərqləndiyimə görə Ali baş komandan İlham Əliyevdən mükafat almışam.
2016-cı il Apreldə döyüşlərində vətənimizin ərazi bütövlüyü uğrunda yaralanaraq hər iki ayağımı itirmişəm.1-ci qrup Qarabağ əliliyəm
Xidmətdə olduğum 05.08.2015-ci ildə ev almaq üçün Azərbaycan Beynalxalq bankından 15 min azn kredit götürdüm,2016-cı ilin aprelinə kimi ödənişlə bağlı heç bir problemim yox idi,vaxtı-vaxtında ödənişimi edirdim,yaralanandan sonra krediti ödüyə bilmədim.
Çünki 400 azn pensiya alıram.
Beynalxalq bank bağlanandan sonra kreditin ödənişi Aqrar kreditə keçdi,dəfələrlə vəziyyətimin nəzərə alınaraq güzəşt edilməsin üçün Beynalxalq banka,Aqrar kreditin rəhbərliyinə müraciət etsəmdə heç bir nəticə olmuyub.
Hal-hazırda çox çətin vəziyyətdəyəm çünki kreditin ödənişi üçün məhkəmə qərarı ilə hər ay 400 azn pensiyamdan tutulur.
Adiyyatı dövlət qurumlarından mənə bu məsələ ilə bağlı kömək etmələrin xahiş edirəm.

 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz