0

Bakıda dəhşətli qəza: Bir ailənin üç üzvü öldü - YENİLƏNİB

Baxış: 326

Qardağ rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən birinin adı məlum olub.

Bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd edilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda “VAZ” markalı avtomobil və “Kamaz” markalı yük maşını toqquşub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1967-ci il təvəllüdlü Şahmuradov Rahid İmadəddin oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

09:11

Bakının Qaradağ rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Press-az.com Report-a istinadən xəbər verir ki, Sumqayıt şəhərindən Qaradağa gedən yolda “Kamaz” markalı yük maşını ilə “VAZ-2106” markalı avtomobil toqquşub.

Sürət həddi yüksək olduğundan yük maşını avtomobilin üzərinə aşıb. Nəticədə “VAZ-2106”da olan bir ailənin üç üzvü – ata, ana və övlad dünyasını dəyişib.

Hazırda ağır yol qəzasında dünyasını dəyişən şəxslərin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz