Sumqayıtda ağır qəza - FOTO » Press-az
0

Sumqayıtda ağır qəza - FOTO

Baxış: 923

Sumqayıt şəhərində ağır qəza baş verib.

Press-az.com xəbər verir ki, şəhərin Cəlil Məmmədquluzadə küçəsində 50-CL-388 dövlət qeydiyyat nişanlı “Mitsubishi” markalı avtomobillə 10-ZP-952 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində biri azyaşlı olmaqla “Mitsubishi” markalı avtomobildə olan iki nəfər xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə dərhal yol patrul xidmətinin əməkdaşları gəlib.

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz