0

Emin Ağalarov Azərbaycanın “Xalq artisti” oldu

Baxış: 356

Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Press-az.com-un xəbərinə görə, sərəncama əsasən, müğənni Emin Ağalarova “Xalq artisti” fəxri adı verilib.

Tanınmış müğənni Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bu ada layiq görülüb.

Qeyd edək ki, Emin Ağalarov iş adamı Araz Ağalarovun oğludur. Musiqi ilə yanaşı o, həmçinin bizneslə məşğuldur. Emin “Crous Group” adlı Rusiyanın ən iri developer şirkətlərindən birinin vitse-prezidentidir.

Prezident tərəfindən fəxri adlarla təltif olanların tam siyahısı ilə buradantanış ola bilərsiz.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz