0

Rusiya sərhədindən zinət əşyaları keçirən azərbaycanlı saxlanılıb

Baxış: 455

Dağıstanda federal gömrük xidmətinin əməkdaşları Rusiya sərhədindən qızıl zinət əşyaları keçirməyə çalışan Azərbaycan vətəndaşını saxlayıb.

Press-az.com Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Daqestanskaya Pravda” məlumat yayıb.

“Azərbaycandan Rusiya Federasiyasına gəlmiş Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz” markalı nəqliyyat vasitəsinin gömrük nəzarəti zamanı orada bəyan edilməmiş əlvan və sarı metaldan olan zinət əşyaları (sırğalar, boyunbağılar, qolbaqlar, kulonlar və s) aşkarlanıb.”, - deyə Rusiya gömrük xidmətinin məlumatında qeyd olunur.

Qanunsuz yolla sərhəddən keçirilən zinət əşyaları qiymətin müəyyən edilməsi üçün ekspert müayinəsinə göndərilib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz