“Deadpool 2” filminin premyera öncəsi nümayişi olub - FOTO » Press-az
0

“Deadpool 2” filminin premyera öncəsi nümayişi olub - FOTO

Baxış: 64

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında fantastika, savaş, komediya, macəra janrında olan “Deadpool 2" filminin premyera öncəsi nümayişi keçirilib.

Filmin rejissoru Devid Litçdir.

Nümayişdə tanınmış ekran əsərində baş rolları məşhur ulduzlar Ryan Reynolds, Morena Baccarin, Brianna Hildebrand, Josh Brolin ifa edirlər.

Filmin süjet xəttinə görə, ölümcül iri mal-qara diareyası virusundan sağ çıxan, eybəcərləşmiş şef-aşpaz Meyberinin ən qaynar barmeni olmaq uğrunda mübarizə aparır.

Paralel olaraq dad hissini itirmənin öhdəsindən gəlməyi öyrənir. Onu həyata və vaxt axını kondensatorunu qaytarmağa çalışan Uayd ninja, yakudza və bir sürü seksual aqressiv itlərlə mübarizə aparmalıdır.

Film mayın 17-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz