0

Əfv siyahısı prezidentə təqdim ediləcək

Baxış: 48

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

Press-az.com-un xəbərinə görə, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib.

Komissiyanın indiyədək keçirilən iclaslarında 1100-dək müraciətə baxılıb.

İclasda indiyədək müsbət rəy verilən müraciətlərin siyahısının Prezident İlham Əliyevə təqdim olunması ilə bağlı qərar qəbul edilib.

Dövlət başçısının əfv sərəncamı imzalayacağı gözlənilir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz