Kollegiya iki vəkilə irad tutdu » Press-az
0

Kollegiya iki vəkilə irad tutdu

Baxış: 85

Mayın 16-da Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. 

Pres-az.com xəbər verir ki, iclasda tədbir iştirakçılarına Rəyasət Heyətinin cari fəaliyyəti və vəkilliyə qəbul üzrə hazırda görülən işlərin vəziyyəti barədə məlumat verilib.

Daha sonra iclasın gündəliyinə əsasən, bir sıra vəkillərin müraciətlərinə baxılaraq, fərdi vəkilliyə keçmə, məsləhətxana üzrə iş yerinin dəyişməsi, habelə fəaliyyətində fərqlənmiş vəkillərin mükafatlandırılması barədə müvafiq qərarlar qəbul olunub.

İclasda Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun və Vəkillərin davranış qaydaları haqqında Əsasnamənin tələblərinin pozulması hallarına yol verdiklərinə görə iki vəkilə intizam tənbeh tədbiri qismində irad tutulub.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz