Yeniyetmə məscidin yaxınlığında intihar etdi » Press-az
0

Yeniyetmə məscidin yaxınlığında intihar etdi

Baxış: 139

amaxı rayonunda məktəbli intihar edib.

Press-az.com APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Şamaxı şəhərindəki “Cümə məscidi”nin yanındakı mənzillərdən birində qeydə alınıb.

Orada kirayə tutulan evdə valideynləri ilə yaşayan Osmanbəyli kənd sakini olan 13 yaşlı oğlan özünü ağacdan asaraq intihar edib.

Məsciddə namaz qılan şəxslər özünü asan uşağı görərək onu təcili olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da dünyasını dəyişib.

Hadisə yenicə baş verdiyi üçün hazırda ölən uşağın şəxsiyyəti dəqiqləşdirilir. Uşağın adının Zəka olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz