0

Tramp Paşinyanı təbrik etdi və Qarabağı xatırladı

Baxış: 280

ABŞ prezidenti Donald Tramp Nikol Paşinyanı Ermənistan baş naziri postuna seçilməsi münasibətilə təbrik edib. 

Press-az.com xəbər verir ki, bununla bağlı Ermənistanın ABŞ-dakı səfirliyi məlumat yayıb. 

Məlumatda bildirilib ki, Tramp təbrik məktubunda qarşılıqlı maraqlara əsaslanan bir çox sahələrdə birgə işləri səbrsizliklə gözlədiyini qeyd edib. 

“Korrupsiya ilə mübarizə, bütün siyasi partiyaların birliyi və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesləri Ermənistanın parlaq gələcəyini təmin edəcək. Sizə və erməni xalqına ən xoş arzularla...”, - ABŞ prezidenti əlavə edib

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz