0

Dostunu öldürən keçmiş məhkum məhkəmə qarşısında

Baxış: 241

Bakı Ağır Cinayətlər Məhkəməsində Bərdə rayon sakini İsgəndər Hüseynovun (1963-cü il təv.) CM-nin 120.2.9-cu (aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Press-az.com-un məlumatına görə, ötən il noyabrın 22-nə keçən gecə, saat 03:00 radələrində İsgəndər Hüseynov Lökbatan qəsəbəsində kirayə qaldığı mənzildə Bərdə rayon sakini İlqar Mirzəyevə (1972-ci il təv.) çoxsaylı bıçaq zərbələri endirib. 

Həmin gecə Hüseynov Qaradağ RPİ 10-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, fakta görə rayon prokurorluğunda ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi üzrə cinayət işi başlanılıb.

İstintaqın gedişatında məlum olub ki, İsgəndər və İlqar Bərdə rayonunda qonşu, həmçinin dost olublar. Noyabrın 21-də Bakıya işləmək məqsədilə gələn şəxslər Lökbatan qəsəbəsində kirayə ev tutublar. Mübahisədən öncə xeyli spirtli içki qəbul ediblər, sonra bir-birini təhqir etməyə başlayıblar və nəticədə Hüseynov dözməyib, kəsici alətə əl atıb. O, məişət təyinatlı bıçaqla dostuna səkkiz zərbə vurub. 

DİN-dən alınmış tələbnaməyə əsasən, İ.Hüseynov 2006-cı ildə Moskvada cinayət törətdiyinə görə tutulub və səkkiz il müddətinə azadlıqdan məhrum olunub.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə baxış mayın 22-ə təyin edilib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz