0

Ağsuda müəllim məktəb direktorunu döyüb

Baxış: 243

Ağsu rayonunda müəllim məktəbin direktorunu döyüb. 

Press-az.com Report-a istinadən xəbər verir ki, hadisə rayonun Ləngəbiz kəndində baş verib.

Belə ki, Ağsu rayon Ləngəbiz kənd orta məktəbinin direktoru, Şamaxı rayonunun Çöl Bağırlı kənd sakini, 1985-ci il təvəllüdlü Müşfiq Əlseyran oğlu Mirzəyevlə məktəbin müəllimi arasında mübahisə yaranıb. Mübahisə zəmnində müəllim məktəbin direktorunu döyüb. 

O, müxtəlif bədən xəsarətləri ilə ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Cərrahiyyə şöbəsinə yerləşdirilən xəstənin vəziyyətinin ağır olduğu bildirlir.

Faktla bağlı araşdırma aparılır.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz