0

Azərbaycanlı ailə çeçen qızın ölümündə ittiham edilir

Baxış: 260

Ötən gecə Avstriya təhlükəsizlik orqanları çeçenistanlı qızın qətlində ittiham olan şəxsləri yaxalayıb. 

Press-az.com “Kavkaz.Realiya” agentliyinə istinadla xəbər verir ki, polis bölməsinə yeddi yaşlı Xadiştin qonşuları gətirilib.

Onların adları açıqlanmır. 

Məlumdur ki, ailə üzvləri azərbaycanlıdır. Şübhəlilərin evində axtarışlar aparılır. 

Yeddi yaşlı Xadişt mayın 11-də Avstriyanın paytaxtında yoxa çıxıb. Növbəti günün səhəri azyaşlının cəsədi zibil qutusunda aşkar edilib. O, boğazından bıçaqlanaraq öldürülüb

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz