0

Qapıçı oyun zamanı smartfon işlətdi

Baxış: 116

Braziliyanın “Atletiko Paranense” klubunun qapıçısı Aderbar Santos yerli çempionatın beşinci turunda keçirilən matçda oyun gedə-gedə smartfondan istifadə edib.

Press-az.com xəbər verir ki, hadisənin görüntüsünü Benjamin Back adlı istifadəçi “Twitter” səhifəsində paylaşıb.

“Paranense” klubuna qarşı matç mayın 13-də keçirilib. Videoçarxda Santosun telefonu əlinə götürdüyünü və ondan bir müddət istifadə etdiyini görmək olur. Daha sonra braziliyalı qapıçı onu meydandan kənara atır.

Matçda “Atletiko Paranaense” rəqibi “Paranense”yə 1:2 hesabı ilə məğlub olub. Qolları Santosun qoruduğu qapıdan Bremer və Rocer Quedes keçirib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz