0

Bakı sakini pişiyi xilas etmək üçün obyektin divarını dağıtdı – FOTO

Baxış: 1 374

Bakıda qəribə hadisə baş verib. Sahibkar pişik balasını xilas etmək üçün obyektinin divarını dağıdıb. 

Press-az.com xəbər verir ki, hadisə Nuranə Orucova adlı istifadəçinin “Facebook” sosial şəbəkəsində yaydığı məlumatla başlayıb.

O, “Gənclik” metrostansiyası önündə pişiyin yüksək səslə və narahat formada miyovuldamasına diqqət çəkmişdi. 

Qız pişiyin arxası ilə gedib, heyvan isə obyektlərdən birinin divarına yaxınlaşıb. Məlum olub ki, divarın arxasında pişik balası qalıb. 

Nuranə obyekt sahibini tapıb və ondan kömək istəyib. 

Baş verənlərdən sonra Orucova bu sözləri yazıb:

“Bu şəxsə təşəkkür etmək istərdim. Mən orada pişik balasının qaldığını deyən kimi o, divarı sındırdı və heyvanı xilas etdi”.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz